Pakistan Norveçdə Qurani-Kərimin yandırılma cəhdini qınadı

Pakistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə...

1311341
Pakistan Norveçdə Qurani-Kərimin yandırılma cəhdini qınadı

 

  Pakistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Norveçin ölkədəki səfiri nazirliyə çağırılıb və onun nəzərinə çatdırılıb:

  “Pakistan Norveçin Kristiansand şəhərində Qurani-Kərimin yandırılma cəhdini qınayır.

  İfadə azadlığına zidd olan bu cür hərəkətlər, pakistandakılar daxil olmaqla, bütün Yer üzündə yaşayan 1 milyard 300 milyon müsəlmanın duyğularını incidir.

  Norveç hakimiyyəti hadisə ilə bağlı məsuliyyət daşıyanları ədalətə təslim etməlidir, gələcəkdə bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün.

  Rəsmi İslamabadın etiraz və dərin narahatlığını Norveç rəhbərliyinə çatdırılmasını istəyirik.”

  Xatırladaq ki, Norveçdə immiqrantların sıx yaşadığı Kristiansand şəhərində 16 noyabrda həddindən artıq sağcı adam, “Norveçin İslamlaşmasını dayandıraq” qrupunun sədri Lars Torsen Qurani-Kərimi yandırmağa cəhd göstərmişdi.



Әlaqәli Xәbәrlәr