Birləşmiş Millətlər Təşkilatı Yәmәnlә bağlı açıqlama verib
Birləşmiş Millətlər Təşkilatı Yəmənin şimalındakı Sada şəhərindəki bazarların birinә edilən hava hücumu nәticәsindә 10 mülki vәtәndaşın hәlak olduğunu, aralarında uşaqların da olduğu onlarla adamın da xәsarәt aldığını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatı Yəmənin şimalındakı Sada şəhərindəki bazarların birinә edilən hava hücumu nәticәsindә 10 mülki vәtәndaşın hәlak olduğunu, aralarında uşaqların da olduğu onlarla adamın da xәsarәt aldığını açıqlayıb.
BMT-nin Yəmən üzrә koordinatoru Lise Qrande verdiyi açıqlamada bu ifadәlәrә yer verib:"Yəməndə baş verənlər çox mәntiqsizdir. Müharibə dərhal dayandırılmalıdır". O, bildirib ki, toqquşmalar nәticәsindә ölkədə yaşanan hər ölüm və hәr yaralanma bir faciədir.
Açıqlamada Sada şәhәrinin Menbeh qәsәbәsindәki әr-Raku bazarına endirilәn zәrbәlәr nәticәsindә 10 nәfәrin hәlak olduğu vә aralarında uşaqların da olduğu onlarla adamın da xәsarәt aldığı bildirilib.
Lise Qrande hücumun kim tәrәfindәn törәdildiyi ilә bağlı mәlumat vermәyib.
Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn Husilәrin nәzarәtindәdir.
Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.
Təxminən 5 il davam edən toqquşmalar nәticәsindә minlərlə insan həyatını itirib.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.