Kolumbiyada ümumi tətil

Kolumbiyada minlərlə insanın iştirak etdiyi nümayişlərdə 7 polis əməkdaşı yaralanıb, çox sayda insan nəzarətə alınıb, şəhərdə komendant saatı elan edilib.

1310591
Kolumbiyada ümumi tətil

Kolumbiyada minlərlə insanın iştirak etdiyi nümayişlərdə 7 polis əməkdaşı yaralanıb, çox sayda insan nəzarətə alınıb, şəhərdə komendant saatı elan edilib.

Kolumbiya mətbuatında yer alan xəbərlərdə paytaxt Boqota başda olmaqla ölkənin müxtəlif şəhərlərində həmkarlar ittifaqları, tələbə təşkilatları, yerli qruplar və yüzlərlə qeyri-hökumət təşkilatlarının çağırışı ilə minlərlə insan ümumi tətil çərçivəsində dövlət başçısı İvan Duque hökumətinə etirazını bildirib.

Boqotada nümayişçilər müxtəlif bölgələrdən hərəkət edərək şəhərin tarixi mərkəzindəki Bolivar meydanınadək yürüş edib. Nümayişçilər ana yolları bağlayıblar, bununla da yol nəqliyyatında ciddi problem baş verib.

Daş və molotov kokteyli atan nümayişçilərə Kolumbiya polisi göz yaşardıcı qazla müdaxilə edib.

Cali bələdiyyə sədri Maurice Armitge təqribən 20 min nəfərin iştirak etdiyi və zorakılıq hərəkətlərinin müşahidə olunduğu Calidə yerli vaxtla 19:00-06:00 saatları arasında komendat saatı elan edildiyini açıqlayıb.

Calidəki nümayişlərdə 7 polis əməkdaşının yaralandığı bildirilib.



Әlaqәli Xәbәrlәr