"Kosmos NATO-nun əməliyyatlarının yeni sahəsi olacaq", Y.Stoltenberq

Şimali Atlantika alyansı kosmosda silahları çıxarmadan operativ əməliyyat fəaliyyətinə başlamaq qərarını verib.

1310108
"Kosmos NATO-nun əməliyyatlarının yeni sahəsi olacaq", Y.Stoltenberq

Şimali Atlantika alyansı kosmosda silahları çıxarmadan operativ əməliyyat fəaliyyətinə başlamaq qərarını verib.

Bunu alyansın baş katibi Yens Stoltenberq noyabrın 20-də NATO üzvləri Xarici İşlər Nazirlərinin görüşündən sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

Yens Stoltenberq deyib: "Bu gün daha bir vacib qərar verdik. Razılaşdıq ki, kosmos əməliyyatlar üçün yeni bir sahəyə çevrilsin. Ancaq kosmosa silah yerləşdirmək fikrində deyilik, NATO müdafiə təşkilatıdır".

Stoltenberq “bütün fərqliliqlərimizə baxmayaraq birlikdə daha güclüyük. Kosmosda silah yerləşdirmək niyyətimiz yoxdur” ifadəsini işlədib.

Terrorla mübarizə mövzusunun da gündəmdə olduğunu qeyd edən baş katib nazirlərin NATO-nun terrorla mübarizədə rolunu gücləndirməyi nəzərdə tutan əməliyyat planını qəbul etdiyini söyləyib.

Stoltenberq bu çərçivədə müttəfiqlərin terror fəaliyyətləri və xarici terrorçularla əlaqədar kəşfiyyatın bölüşülməsinin gücləndiriləcəyini bildirib.



Әlaqәli Xәbәrlәr