Avropa İttifaqı İranda tərəfləri təmkinli olmağa çağırdı

Avropa İttifaqı (Aİ) İranda benzinin  qiymatının qalxması ilə başlayan nümayişlərdə tərəfləri təmkinli olmağa çağırdı.

1310412
Avropa İttifaqı İranda tərəfləri təmkinli olmağa çağırdı

Avropa İttifaqı (Aİ) İranda benzinin  qiymətinin qalxması ilə başlayan nümayişlərdə tərəfləri təmkinli olmağa çağırdı.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqerinin ofisindən verilən açıqlamada İrandakı nümayişlərdə ölənlər və xəsarət alanların olduğuna diqqət çəkilib.

Açıqlamada “İctimai-iqtisadi çətinliklər, zorakılıq deyil dialoqla həll edilə bilər. İran təhlükəsizlik qüvvələrinin zorakılığa əl atmamasını, nümayişçilərin də sülhməqsədli şəkildə etirazlarını dilə gətirmələrini gözləyirik” ifadələri işlədilib.

Açıqlamada “Heç bir şəkildə zorakılıq qəbul edilə bilməz. Söz və nümayiş keçirmə azadlığının zəmanət altına alınması lazımdır” deyə bildirilib.

Açıqlamada iranlı səlahiyyətlilərə məlumatın sərbəst ötürülməsi və internetin bərpa olunması üçün çağırış edilib.



Әlaqәli Xәbәrlәr