Lavrov: "ABŞ strateji sabitliyi qəsdən pozur"

Rusiyanın xarici işlər naziri Sərgəy Lavrov ABŞ-ın dünyanın memarlıq quruluşunu və strateji sabitliyini qəsdən pozduğunu söyləyib.

1308752
Lavrov: "ABŞ strateji sabitliyi qəsdən pozur"

Rusiyanın xarici işlər naziri Sərgəy Lavrov ABŞ-ın dünyanın memarlıq quruluşunu və strateji sabitliyini qəsdən pozduğunu söyləyib.

Lavrov Belarusun xarici işlər naziri Vladimir Makey ilə paytaxt Moskvadakı görüşündən sonra keçirdiyi mətbuat konfransında ABŞ ilə NATO-nun hərbi sahədəki əməliyyatlarını qiymətləndirib.

Silahlara nəzarət barədə vəziyyətin pisləşdiyinə işarə edən Lavrov “ABŞ dünyanın memarlıq quruluşunu və strateji sabitliyini qəsdən pozur. Rəsmi Vaşinqton “Orta mənzilli raketlərin ləğvi haqqında” müqavilənin əsaslarını pozaraq, gərginliyin dərinləşməsinə səbəb oldu” deyib.

Lavrov ölkəsinin sərhədləri yaxınlığında NATO-nun hərbi siyasi qurğusunu gücləndirmə sahəsindəki təşəbbüslərdən narahat olduqlarını qeyd edib.

ABŞ və Avropa İttifaqının (Aİ) təktərəfli sanksiyalar tətbiq etdiyinə diqqət çəkən Lavrov “ABŞ və Aİ təktərəfli sanksiyalarla BMT-nin qərarlarını pozur. Təktərəfli sanksiyalar etimada ciddi zərbə vurur və qlobal iqtisadiyyatın inkişafına mane olur” deyə bildirib.

Nazir Lavrov Normandiya dördlüyünün (Almaniya, Fransa, Rusiya, Ukrayna) liderlər zirvəsinin 9 dekabrda keçiriləcəyini xatırladaraq, “Zirvə yığıncağı üçün lazım olan şərtlər yarandı. Xüsusilə zirvəyə ev sahibliyi edəcək Fransanın Ukrayna mövzusundakı namüəyyənlikləri aradan qaldırmaq üçün istənilən cəhdi göstərəcəğinə ümid edirik” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr