İtaliyada güclü yağış iki nəfərin ölümünə səbəb oldu

Ölkədə hökm sürən qeyri sabit hava şəraiti Venesiyada təbii fəlakətə səbəb oldu.

1305842
İtaliyada güclü yağış iki nəfərin ölümünə səbəb oldu

Kanalları ilə məşhur olan şəhərdə su səviyyəsi dünən gecə radələrində 187 santimetrə qalxdı. Şəhərdə 1966-cı il su seviyyəsi 194 santimetrə qalxaraq sel fəlakətinə səbəb olmuşdu. Su seviyyəsinin qalxması səbəbindən çox sayda gondol və qayıq batarkən, kiçi gəmilər qapalı qaldı.

Venesiya Bələdiyyə Başçısı Luigi Brugnaro, şəhərin tarixi bir fəlakətlə üzləşdiyini ifadə edərək hökuməti təcili müdaxiləyə çağırdı və  daşqından ən çox San Marconın əziyyət çəkdiyinin qeydə alındığını bildirdi. Şəhərin dəniz sularına təslim olduğunu və 1966-cı ildən bəri belə bir fəlakətin yaşanmadığına diqqət çəkən Brugnaro Venesiyalılara zərərlərini şəkillər çəkərək sənədləşdirmələri haqqında çağırış etdi.

Veneto Regional idarənin rəhbəri Luca Zaia da suların yüksəlməsini böyük fəlakət deyə xarekterizə edib və şəhərin 80 faizinin su altında qaldığını, zərərin çox olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr