İsrail Qәzzaya ağır zәrbәlәr endirib, ölәnlәr var

İsrail ordusunun mühasirә altındakı Qәzza zolağının şimalına tәşkil etdiyi hava hücumu nәticәsindә bir nәfәr hәlak olub, çox sayda adam da yaralanıb.

1305026
İsrail Qәzzaya ağır zәrbәlәr endirib, ölәnlәr var

 

İsrail ordusunun mühasirә altındakı Qәzza zolağının şimalına tәşkil etdiyi hava hücumu nәticәsindә bir nәfәr hәlak olub, çox sayda adam da yaralanıb.

Qәzzadakı Sәhiyyә Nazirliyindәn verilәn açıqlamada İsrail ordusu tәrәfindәn tәşkil edilәn hava hücumu nәticәsindә hәlak olan fәlәstinlilәrin cәnazәsi ilә yaralananların Qәzzadakı İndoneziya Xәstәxanasına çatdırıldığı bildirilib.

Digәr tәrәfdәn İsrail ordusundan verilәn açıqlamada isә hücum zamanı İslami Cihad hәrәkatının Qәzzadakı üzvlәrinin hәdәf alındığı bildirilib.

Açıqlamada hәmçinin sabah saatlarından etibarәn Qәzzadan İsrail tәrәfinә tәxminәn 50 raket mәrmisinin atıldığı, bu raket mәrmilәrindәn 20-nin İsrailә mәxsus havadan müdafiә sistemlәri tәrәfindәn mәhv edildiyi qeyd olunub.



Әlaqәli Xәbәrlәr