Moralesin istefa qərarı və göstərilən reaksiyalar

Boliviya prezidenti Evo Morales ordunun tələbinə görə, ölkədə sülhün bərpası üçün istefa verdiyini açıqladı.

1303763
Moralesin istefa qərarı və göstərilən reaksiyalar

Boliviya prezidenti Evo Morales ordunun tələbinə görə, ölkədə sülhün bərpası üçün istefa verdiyini açıqladı.

Oktyabrın 20-də keçirilən və müxalifətin saxtakarlıq iddiası ilə günlərdir etiraz və zorakılıq hadisələrinə səbəb olan parlament seçkilərində 47,8 faiz səs toplayaraq qəbələ qazanan Morales təhlükəsizlik qüvvələrinin də təzyiqilə istefa verib.

Morales ölkədəki zokarılıq hadisələrini təşkilatlandıran müxalifət liderləri Karlos Mesa və Luis Fernando Kamaçonun xalqa daha çox zərər verməməsi üçün bu qərara gəldiyini açıqlayıb.

“Sülh və bərabərlik üçün mübarizəmi davam etdirəcəyəm. Bu mübarizə hələ bitməyib” ifadəsini işlədən Morales siyasi mübarizəsini davam etdirəcəyini vurğulayıb.

Baş Qərargah rəisi Vilyıms Kaliman oxuduğu bildirişlə prezident Evo Moralesin istefasını istəmişdi.

Sosial şəbəkə hesabında açıqlama verən Morales “Bütün dünya və Boliviya xalqı qarşısında bir polis əməkdaşının haqqımda qeyri-qanuni şəkildə yaxalama qərarı verdiyini bildirirəm. Ayrıca zorakılıq hadisələri həyata keçirən qruplar evimə hücum etdi. Bunlar hüququn üstünlüyü əsasını pozurlar” ifadəsini işlədib.

Digər tərəfdən BMT baş katibi Antonia Quterreş Boliviyada prezident Moralesin istefası başda olmaqla baş verənlərdən narahatlıq duyduğunu bildirərək, bütün tərəfləri zorakılıqdan imtina etmələyə, təmkinli olmağa, şəffaf və etibarlı seçkilər keçirməyə çağırıb.

Moralesin istefasına reaksiya göstərən Argentina, Venesuela, Kuba və Meksika isə, prosesi “çevriliş” olaraq qiymənləndirən açıqlamalar yayıblar.

Meksika isə Boliviyanın prezidenti vəzifəsindən istefa verən Evo Moralesə sığınacaq verməyə hazır olduğunu açıqlayıb.

Morales isə müxalifətin ətrafındakılara və xalqa daha çox zərər verməməsi üçün istefa etdiyini vurğularaq “Boliviya xalqının bilməsini istəyirəm ki, qaçmaq üçün bir səbəbim yoxdur. Əgər bir sui-istifadəm varsa sübut etsinlər. Belə bir şey yoxdursa iqtisadi inkişaf sayəsində gördüyümüz işlərə baxsınlar. Vətənini səvən təvazökarlar və yoxsullar bu mübarizəni davam etdirəcək” deyib.



Әlaqәli Xәbәrlәr