“İran Britaniyanın milli təhlükəsizliyini təhdid edir”, D.Raab

"İranın nüvə sazişinə dair öhdəliklərini azaltmaq istiqamətində 4-cü mərhələni başlatmaq planını Böyük Britaniya milli təhlükəsizliyi üçün təhdid hesab edir", bunu Britaniyanın xarici işlər naziri Dominik Raab deyib.

1301029

  Mövzu ilə bağlı yazılı şərhində İngiltərə xarici işlər naziri bildirib:

  “İranın nüvə sazişinə dair öhdəliklərini azaltmaq istiqamətində atmağı planlaşdırdığı son addım müqaviləyə ziddir və milli təhlükəsizliyimiz üçün təhlükə yaradır.

  Problemin konstruktiv beynəlxalq dialoq yolu ilə həll edilməsini istəyirik. İrana səslənirik ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin və müqaviləyə ziddi addımlardan təcili çəkilsin.”

  Qeyd edək ki, İran prezidenti Həsən Ruhani Avropa ölkələrinin nüvə razılaşmasıyla bağlı verdikləri sözləri yerinə yetirmədiklərini vəbu səbəbdən sazişə dair öhdəliklərin azaldılması istiqamətində 4-cü mərhələnin 6 noyabrdan “Ford” zavodundakı 1044 sentrifuqaya qaz təzyiqilə başladılacağını bildirib.

Әlaqәli Xәbәrlәr