Hollandiyada müəllimlər küçələrə axışdılar

Hollandiyada iş şəraitinin və maaşlarının yaxşılaşdırılmasını tələb edən minlərlə müəllim etiraz aksiyası keçirdi.

1301485
Hollandiyada müəllimlər küçələrə axışdılar

Amsterdam, Rotterdam və Haaqada başda olmaqla Müxtəlif şəhərlərdə fərqli həmkarlar ittifaqları tərəfindən təşkil olunan tətil aksiyasına minlərlə ibtidai sinif müəllimi iştirak etdi. Tətil səbəbi ilə 4 mindən çox ibtidai məktəbdə tədris bir günlük dayandırıldı.

Qeyd edək ki ötən həftə Hallandiyada hökumətin iş şəraiti və maaşları yaxşılaşdırmaq üçün 460 milyon avrolıq vəsait ayrıldığını açıqlamasına baxmayaraq, bəzi həmkarlar ittifaqları və müəllimlər tətil aksiyasından imtina etmədilər. Büdcənin az olduğunu irəli sürən müəlləmlər ibtidai təhsil üçün daha çox vəsait ayrılmasını tələb edirlər.

 

 



Әlaqәli Xәbәrlәr