Boris Conson vә Donald Tramp arasında telefon danışığı olub

Bu barәdә İngiltәrә Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn bәyanatda bildirilib.

1300922
Boris Conson vә Donald Tramp arasında telefon danışığı olub

 

İngiltәrә baş naziri Boris Conson vә Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barәdә İngiltәrә Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn bәyanatda bildirilib. Mәlumata görә, görüşdә terror tәşkilatı DEAŞ-ın dırnaqarası lideri Әbubәkir әl-Bağdadinin öldürülmәsi vә tәhlükәsizlik mәsәlәlәri müzakirә olunub. Tәrәflәr terror tәşkilatı DEAŞ-a qarşı aparılan mübarizәnin әhәmiyyәtini xüsusi vurğulayıblar.

‘‘Baş nazir Boris Conson gәlәn ay keçirilәcәk NATO-nun liderlәr sammitini sәbirsizliklә gözlәyir. Liderlәr NATO-nun gәlәcәk tәhdidlәrә hazırlanması üçün üzәrlәrinә düşәn öhdәliyi yerinә yetirmәk mәsәlәsindә rezılıq әldә ediblәr’’,-deyә İngiltәrә Nazirlәr Kabinetinin mәtbuat xidmәtindәn verilәn mәlumatda qeyd olunub.

Bәyanatda hәmçinin Boris Consonun söhbәt zamanı  Amerika Birlәşmiş Ştatları prezidenti Donald Trampdan Şotlandiya viskisinin dә aralarında olduğu mәhsullar ilә  avtomobil ixracına tәtbiq edilәn әlavә gömrük vergilәrinin lәğv edilmәsini tәlәb edib.



Әlaqәli Xәbәrlәr