İsrail әsgәrlәri 15 fәlәstinlini dә hәbs edib

Bu barәdә İsrail ordusundan  verilәn mәlumatda bildirilib.

1299699
İsrail әsgәrlәri 15 fәlәstinlini dә hәbs edib

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindә 15 fələstinlini həbs edib.

Bu barәdә İsrail ordusundan  verilәn mәlumatda bildirilib.

Məlumata görə,  İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 15  fәlәstinlini saxlanılıb. Saxlanılan fәlәstinlilәrin terror aktlarında iştirak etdiklәri iddia edilib.

Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.

İşğal altındakı Şәrqi Qüds vә  İordan çayının qәrb sahillilindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Saxlanılan fәlәstinlilәrin günlәrlә nәzarәt mәntәqәlәrindә saxlanıldıqları bildirilir.

Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək  fәlәstinli mәhbus var.



Әlaqәli Xәbәrlәr