Yens Stoltenberq: ‘‘Türkiyә 3,6 milyon suriyalı qaçqına ev sahibliyi edir’’

‘‘Bild am Sonntag’’ qəzetinә müsahibә verәn Yens Stoltenberq  Suriyanın şimalında şiddətin azalmağa başladığını və bunun siyasi həllin әldә olunması üçün zәmin hazırlaya bilәcәyini deyib.

1299107
Yens Stoltenberq: ‘‘Türkiyә 3,6 milyon suriyalı qaçqına ev sahibliyi edir’’

 

 

NATO-nun baş katibi Yens  Stoltenberq NATO-ya üzv  heç bir ölkənin Türkiyə qədər terror hücumuna mәruz qalmadığını söyləyib.

‘‘Bild am Sonntag’’ qəzetinә müsahibә verәn Yens Stoltenberq  Suriyanın şimalında şiddətin azalmağa başladığını və bunun siyasi həllin әldә olunması üçün zәmin hazırlaya bilәcәyini deyib.

'' Türkiyənin əhəmiyyətli müttəfiq olduğunu qəbul etməliyik. Türkiyә DEAŞ-a  qarşı aparılan mübarizədə qərarlı vә fәal şəkildə iştirak edib. Heç bir müttəfiq Türkiyə qədər suriyalı qaçqınlara ev sahibliyi etmәyib. Türkiyə 3,6 milyon suriyalı qaçqını qәbul etdi vә NATO-ya üzv heç bir ölkә Türkiyə qədər terror hücumuna mәruz qalmadı’’,-deyә NATO-nun baş katibi vurğulayıb.

Almaniyanın müdafiə naziri Anneqret Kramp Karrenbauerin  Suriyanın şimalında beynəlxalq təhlükəsiz bölgənin yaradılması  ilә bağlı təklifini xatırladan Yens Stoltenberq bu təklifi müsbət qiymәtlәndirdiyini, ancaq Suriyaya hәrbçi  göndərmək  ilә bağlı qərarın asan qәbul olmadığını vurğulayıb.



Әlaqәli Xәbәrlәr