Mayk Pompeo İraqla bağlı açıqlama verib

Amerika Birləşmiş Ştatlarının dövlәt katibi Mayk  Pompeo  İraq hökumətinin ölkә daxilindәki problemlәrin hәll edilmәsi üçün göstәrdiyi sәylәri alqışladıqlarını söylәyib.

1298805
Mayk Pompeo İraqla bağlı açıqlama verib

 

Amerika Birləşmiş Ştatlarının dövlәt katibi Mayk  Pompeo  İraq hökumətinin ölkә daxilindәki problemlәrin hәll edilmәsi üçün göstәrdiyi sәylәri alqışladıqlarını söylәyib.

Mayk Pompeo  İraq hökumətinin ölkədə davam edən etiraz aksiyalarının  dayandırılması  üçün atdığı addımlarla əlaqədar yazılı açıqlama verib.

Amerika Birləşmiş Ştatlarının dövlәt katibi  İraq hökumətinin ölkә daxilindәki problemlәrin hәll edilmәsi üçün göstәrdiyi sәylәri alqışladıqlarını söylәyib.

"İraq hökuməti küçәlәrә axışan xalqın qanuni tələblərinə qulaq asmalıdır’’,-deyә ABŞ-ın dövlәt katibi vurğulayıb.

İraqdakı vəziyyəti yaxından izlədiklərini bildirәn Mayk Pompeo deyib: ‘‘Prezident Behram Salehin elan etdiyi səylər çərçivəsində mətbuat və söz azadlığına qoyulan ciddi məhdudiyyətlər aradan qaldırılmalıdır. Amerika Birlәşmiş Ştatları  İraq xalqını, qurumlarını, təhlükəsizlik, sabitlik və suverenliyini dәstәklәmәyә  davam edəcək".

Oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc aksiyalar sonradan iğtişaşlara çevrilib, ölkənin bir sıra rayonlarında komendant saatı rejimi tətbiq edilib. Qarşıdurmalar nəticəsində ölənlərin sayı 250 nəfəri ötüb, 11 mindən çox insan isə yaralanıb. Etirazlar fonunda İraq hökumәti  ölkədə islahatlar keçirmək niyyətində olduğunu və oktyabrın sonlarınadək yeni nazirlərin siyahısını parlamentin müzakirəsinə çıxaracağını elan edib.



Әlaqәli Xәbәrlәr