İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 144 fәlәstinli dә xәsarәt alıb

Bu barәdә Qәzzadakı Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1298809
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 144 fәlәstinli dә xәsarәt alıb

 

 

İsrail  әsgәrlәrinin  işğal altındakı Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn etiraz aksiyasına sәrt müdaxilәsi nәticәsindә 73-ü  hәqiqi güllә ilә olmaqla 144 fәlәstinli xәsarәt alıb.

Bu barәdә Qәzzadakı Sәhiyyә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Mәlumatda görә,  İsrail әsgәrlәri  Qәzza zolağında ‘‘milyonluq yürüş’’ adı altında keçirilәn etiraz aksiyasına sәrt müdaxilә edib. Müdaxilә zamanı çox sayda aksiyaçı müxtәlif dәrәcәli xәsarәtlәr alıb. Xәsarәt alan dörd nәfәrin vәziyyәti ağır olaraq qiymәtlәndirilir. Xәsarәt alanlardan 53-ü uşaq, 3-ü qadın, 2-si sәhiyyә işçisi vә 1 jurnalist var.

Qeyd edәk ki, fələstinlilər 2018-ci ilin 30 mart tarixindәn  etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin 2018-ci ilin 30 mart tarixindәn etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә  çox sayda  fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb.

Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək  fәlәstinli mәhbus var.



Әlaqәli Xәbәrlәr