Taliban polis mәntәqәsinә hücum etdi, iki polis әmәkdaşı hәlak oldu
Bu barәdә Paktiya vilayәtinin Polis İdarәsinin mәtbuat katibi Sәrdar Vәli Tәbәssüm mәlumat verib.
1298545

Taliban üzvlәrinin Әfqanıstanın Paktiya vilayәtinin Ahmad Abad qәsәbәsindәki polis mәntәqәsinә tәşkil etdiyi hücum nәticәsindә iki polis hәlak olub.
Bu barәdә Paktiya vilayәtinin Polis İdarәsinin mәtbuat katibi Sәrdar Vәli Tәbәssüm mәlumat verib. O, Taliban üzvlәrinin Ahmad Abad qәsәbәsinin Band Maçalqo bölgәsindәki polis mәntәqәsinә hücum etdiyini deyib. Hücum nәticәsindә iki polisin hәlak olduğunu deyәn Tәbәssüm üç polis әmәkdaşının da yaralandığını söylәyib.
Taliban tәrәfindәn verilәn açıqlamada isә iddia edilib ki, hücum nәticәsindә beş polis әmәkdaşı hәlak olub.
Әlaqәli Xәbәrlәr

İndoneziyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 56 nəfərə çatıb
İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb.