İsraildə hökuməti formalaşdırma vəzifəsi Benny Qantza tapşırıldı

Netanyahu Benny Qantzın koalisiya qurma təklifini qəbul edib.

1293826
İsraildə hökuməti formalaşdırma vəzifəsi Benny Qantza tapşırıldı

İsrail prezidenti Reuven Rivlin baş nazir Binyamin Netanyahunun lazımi dəstəyi tapa bilməməsindən sonra koalisiya hökumətini formalaşdırma səlahiyyətini Mavi-Ağ İttifaqın lideri Benny Qantza tapşırdı.

Rivlin sentyabrın 17-də keçirilən parlament seçkilərində Netanyahunun rəqibi Qantzı Qərbi Qüdsdəki Prezidentliyə qəbul edərək yeni koalisiya hökumətini qurmağı tapşırdı.

Qanuna görə, Qantz koalisiya danışıqlarını 28 gün ərzində başa çatdırmalı, hökuməti formalaşdırmalı və bu müddət ərzində hökuməti formalaşdıra bilməyəcəyi təqdirdə vəzifəsini Prezidentə qaytarmalıdır.

Qantz koalisiya yaratmaq üçün əksəriyyətin dəstəyini alacağına nikbin baxsa da, İsrail ekspertləri Netanyahu kimi Mavi-Ağ İttifaqı liderinin uğursuz olacağını söyləyirlər.

Onu dəstəkləyən Mavi-Ağ və 2 sol partiyanın (İşçi Partiyası, Demokratik Birlik İttifaqı) millət vəkillərinin sayı 44-dür.

Koalisiya hökumətinin formalaşması üçün 61 millət vəkillinin dəstəyinə ehtiyac olduğunu nəzərə alsaq, Qantzın əlinin Netanyahudan daha zəif olduğu deyilir.

Qantzın da Netanyahu kimi hökuməti formalaşdırmaqda uğursuz olacağı halda ölkədə növbədənkənar seçki qərarına gəlinə bilər.

Digər tərəfdən İsrailin baş naziri Netanyahu Benny Qantzın koalisiya qurma təklifini qəbul edib.

Netanyahu Likud və Məclisə girən digər üç partiyanın (Şas, Yemina, Birləşmiş Tövrat) təşkil etdiyi sağ blok adından koalisiya müzakirələrini aparacaq.

Bu il ikinci dəfə keçirilən parlament seçkilərində heç bir partiya 120 yerlik məclisdə tək başına hakimiyyətə gəlmək üçün lazım olan 61 millət vəkili sayı əldə edə bilmədi.



Әlaqәli Xәbәrlәr