Әfqanıstanda hәrbi helikopter qәzaya uğrayıb
Məlumatı Hərbi Hava Qüvvələrinin əyalətdəki sözçüsü Məhəmməd Hənif Rzai bildirib.
1289185
Əfqanıstanın şimalındakı Mәzari Şərif şəhərində hərbi helikopterin qəzaya uğraması nəticəsində 1 pilot və 6 əsgər hәlak oldu.
Məlumatı Hərbi Hava Qüvvələrinin əyalətdəki sözçüsü Məhəmməd Hənif Rzai bildirib.
Onun sözlərinə görə, “Mİ17” tipli helikopter Əfqanıstanın Məzari-Şərif əyalətinin Dorahi Hayratyan rayonundan havaya qalxandan sonra yerə düşüb.
O bildirib ki, qəza nəticəsində 1 pilot, 6 hərbçi ölüb.
M.H.Rzai helikopterin texniki nasazlıq nəticəsində qəzaya uğradığının ehtimal olunduğunu qeyd edib.