Ordu bazalarına silahlı hücum, 25 əsgər ölüb

Malinin mərkəzi ərazilərində yerləşən Mopti bölgəsindəki iki ordu qərargahına hücum təşkil edilib. Hücumlarda 25 əsgər iki mülki vətəndaş həyatını itirib. 60 qədər əsgər itkin düşdüb.

1280050
Ordu bazalarına silahlı hücum, 25 əsgər ölüb

Hökumətin yaydığı açıqlamada bildirilib ki, ötən gün Boulkessindəki hərbi düşərgə və Mondorodakı qarnizona edilən silahlı hücumlarda ölənlərin sayı artıb. İki dinç sakin 25 əsgərin öldüyü hücumlar nəticəsindi 4 əsgər də yaralanıb. Hərbi bazalardakı əsgərlərin silahlılara müdaxiləsi nəticəsində 15 təcavüzkar zərərsizləşdirilib.

Qeyd edək ki, ölkənin şimal və mərkəzi ərazilərində 2012-ci ildən bəri intensiv terror hadisələri törədilir.

Fransanın "Barkhane Əməliyyatı" adı altında 4 min əsgər yerləşdirməsinə və Birləşmiş Millətlər Təşkilatının rəhbərliyində 15 min əsgərdən ibarət sülhməramlı qüvvə yaradılmasına baxmayaraq Malidə təhlükəsizlik bərpa edilə bilmir.



Әlaqәli Xәbәrlәr