Rusiyada on minlərlə insan keçirilən etiraz aksiyasında iştirak etdi

Rusiyada on minlərlə insan son həftələrdəki etirazlar zamanı saxlanılan və məhkum tutulanların sərbəst buraxılması üçün etiraz aksiyası keçirdi.

1278450

Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasına görə, dünən paytaxt Moskvada keçirilən etiraz aksiyasında təqribən 20 min nəfər iştirak etdi. Qeyri-hökumət təşkilatları isə bu rəqəmi 25 min olaraq açıqladı.

“Putini istəmirik”, “Siyasi məhkumlara azadlıq”, “Oğru hakimiyyət getsin” tərzində şüurlar səsləndirən aksiyaçılar etirazlar zamanı saxlanılan və məhkum tutulanların təcili azadlığa buraxılmasını istədilər.

Moskavada son aylarda həftə sonları keçirilən etirazlar aksiyalarında yüzlərlə insan saxlanılmış, bir çox insan isə məhkum tutulmuşdu.

Әlaqәli Xәbәrlәr