Səudiyyə Ərəbistanı tarixində ilk dəfə turist vizası verir

Səudiyyə Ərəbistanı, Həcc və Ümrə səfərləri xaricində, tarixində ilk dəfə 49 ölkə vətəndaşına turist vizası veriləcəyini açıqladı.

1278173
Səudiyyə Ərəbistanı tarixində ilk dəfə turist vizası verir

  Səudiyyə Ərəbistanı, Həcc və Ümrə səfərləri xaricində, tarixində ilk dəfə 49 ölkə vətəndaşına turist vizası veriləcəyini açıqladı.

  Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən mətbuat konfransında Turizm İdarəsinin sədri Əhməd əl-Xətib ölkəni turizmə açmaq üçün 49 ölkəyə turist vizası verməyə başlanılacağını bildirib.

  Vizaların Səudiyyə Ərəbistanı səfirlik və konsulluqları ilə yanaşı ölkənin hava limanları və giriş qapılarından da alına biləcəyini qeyd edən Xətib deyib:

  “Vizalar veriliş tarixindən 360 gün ərzində etibarlı sayılır. Ölkədə qalma müddəti 3 ay olacaq, bir il ərzində isə 180 gündən çox olmayacaq.

  Turist vizası ilə qeyri-müsəlman turistlərin Məkkə və Mədinəyə daxil olmaları, yalnızsa 18 yaşından kiçiklərin ölkəyə girişi, bu vizanın müalicə, həcc və ümrə kimi səfərlər üçün istifadə edilməsi qadağandır.”

  Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu günə qədər yalnız Həcc və Ümrə, o cümlədən bizneslə əlaqədar ölkəyə getmək istəyənlərə viza verirdi. Bundan əvvəl isə idman və mədəni tədbirlər üçün ölkəyə getmək istəyənlərə viza verilməyə başlanmışdı.



Әlaqәli Xәbәrlәr