Gəmi Yəmən sularında yoxa çıxıb

Yəmən hökumətinə aid SABA xəbər agentliyində yazılana görə...

1278300
Gəmi Yəmən sularında yoxa çıxıb

  Yəmənin Sokotra şəhəri yaxınlığında 55 nəfəri daşıyan gəmi (bərə) açıq dənizdə itib.

  Yəmən hökumətinə aid SABA xəbər agentliyində yazılana görə, Mehradan Sokotraya hərəkət edən və 55 sərnişini olan bərə ilə əlaqə tamamilə kəsilib.

  Sokotra bələdiyyə sədrinin müavini Raid el-Ceribi bildirib ki, bərə ilə əlaqə kəsiləndən Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiya qüvvələri və Mehra ilə Sokotra limanlarındakı səlahiyyətli orqanlarla danışılıb, axtarış-xilasetmə işlərinə başlanılıb.

  Qeyd edək ki, 22 sentyabrda Mehradan hərəkət edən bərədə peyk-antenna rabitə avadanlığı olmadığı üçün ekipajla əlaqə qurulması mümkün olmayıb.



Әlaqәli Xәbәrlәr