Əlcəzairdə 22 fevraldan başlayan etiraz nümayişləri hələ davam edir

Nümayişçilər Buteflikanın ətrafında qalaqlanmış siyasət, bürokratiya, ordu və iş dünyasında korrupsiyaya yoluxanların vəzifədən ayrılması və onların məhkəmə qarşısında hesabat vermələrini istəyir.

1277995
Əlcəzairdə 22 fevraldan başlayan etiraz nümayişləri hələ davam edir

  Əlcəzairdə 22 fevralda başlayan və eks-prezident Əbdüləziz Buteflikanı apreldə istefaya aparan kütləvi xalq etirazları minlərlə adamın iştirakı ilə 32-ci həftəsində də davam etdi.

  Əlcəzairdə tarixi xarakterli kütləvi nümayişlər və ordunun "xəbərdarlıqları" nəticəsində 20 ildir hakimiyyətdə olan Buteflikanın 2 apreldə istefasını açıqlamasına baxmayaraq etirazlar hələ də davam edir.

  Nümayişçilər keçmiş baş nazirlər Əbdülməcid Tebbun və Əli ibn Flis kimi adların 12 dekabrdakı seçkilərdə namizədliyinə qarşı olduqlarını da bildirərək üzərində "Buteflika rejimini devirmək üçün küçəyə çıxıb sonra bu rejimin nəzarətində keçirilən seçkiyə qatılmaq axmaqlıqdır" plakatlar açıblar.

  Qeyd edək ki, Əlcəzair Baş Qərargahı "15 sentyabra qədər yeni seçki tarixi” ilə bağlı hökumətə göstəriş verdikdən sonra Əlcəzairin müvəqqəti prezidenti Əbdülqadir ibn Saleh 12 dekabrda yeni seçkilərin keçiriləcəyini bəyan etmişdi.

  Buteflika dövründə baş nazirlik edən Əli ibn Flis və Əbdülməcid Tebbun da prezidentliyə namizəd olduqlarını açıqlayıb.

  Nümayişçilər Buteflikanın ətrafında qalaqlanmış siyasət, bürokratiya, ordu və iş dünyasında korrupsiyaya yoluxanların vəzifədən ayrılması və onların məhkəmə qarşısında hesabat vermələrini istəyir.



Әlaqәli Xәbәrlәr