Vəliəhd şahzadə Camal Xaşoqçinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürdü

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi məhəmməd Bin salman jurnalist Camal Xaşoqçinin bu ölkənin İstanbuldakı Baş konsulluğunda öldürülməsilə əlaqədar hadisənin öz məsuliyyətində olduğunu, bütün məsuliyyəti üzərinə götürdüyünü bildirdi.

1276757
Vəliəhd şahzadə Camal Xaşoqçinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürdü

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman jurnalist Camal Xaşoqçinin bu ölkənin İstanbuldakı Baş konsulluğunda öldürülməsilə əlaqədar hadisənin öz məsuliyyətində olduğunu, bütün məsuliyyəti üzərinə götürdüyünü bildirdi.

Şahzadə Bin Salmanın Amerikan “PBS” televiziya kanalının “Frontline” xəbər proqramının prodüseri, jurnalist Martin Smithə 2018-ci ilin dekabr ayında Ər-Riyadda bir elektirikli avtomobil yarışı zamanı Xaşoqçinin öldürülməsilə əlaqədar verdiyi açıqlamalar oktyabrın 1-də yayımlanacaq proqramın reklam treylərində yer aldı.

Proqramın reklam treylərində Bin Salmanın Xaşoqçinin qətlilə əlaqədar suallara ilk dəfə bir müsahibədə cavab verdiyi bildirilərək, vəliəhd şahzadənin jurnalist Smith ilə dialoqundan hissələr, Bin salmanın görüntüsü və səsindən istifadə edilmədən ekranlara əks etdirildi.

Treylərdə Smith “Ona Xaşoqçinin qətlindəki rolunu sual etdiyimdə mənə “Bu hadisə mənim məsuliyyətimdə baş verdi. Bütün məsuliyyəti üzərimə götürürəm, çünki mənim məsuliyyətimdə baş verdi” cavabını verdi” ifadələrini işlədir.

Smith “Sizin məlumatınız olmadan necə belə bir şey ola bilər?” sualına Bin salmanın “Səudiyə Ərəbistanıda 20 milyon insan yaşayır. 3 milyon dövlət işçisi var” deyərək cavabladığını deyir.

Smith Bin Salmanın “Bəs onlar üçün sizin təyyarələrinizdən birini ala bilərlərmi? sualına da “İşlərimi təqib edən vəzifəlilər, nazirlər var. Bu onların məsuliyətidir. Onların bunu etmək səlahiyyətləri var” cavabını verdiyini söyləyir.

Xatırladaq ki, oktyabrın 2-də nikah proseduru ilə bağlı ölkəsinin İstanbuldakı Baş Konsulluğuna gedən Səudiyyə jurnalisti Camal Xaşoqçi burada vəhşicəsinə öldürülüb.



Әlaqәli Xәbәrlәr