Fransada kimya zavodunda yanğın baş verib

Məlumata görə, yanğın başlayan müəssisə nəqliyyat və sənaye üçün xüsusi kimyəvi məhsulların istehsalı ilə məşğuldur.

1276907
Fransada kimya zavodunda yanğın baş verib

 

Fransanın Ruan şəhərində zavodda yanğın baş verib.

Məlumata görə, yanğın başlayan müəssisə nəqliyyat və sənaye üçün xüsusi kimyəvi məhsulların istehsalı ilə məşğuldur.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ iş aparılır. Hadisə yerinə təxminən çox sayda yanğınsöndürən cəlb olunub.

Yanğının hansı səbəbdən baş verməsi isə hələ məlum deyil. Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Yanğın zamanı ətraf yaşayış məntəqələrinin sakinləri bir sıra partlayış səsləri eşidiblər. Sakinlərə bayıra çıxmamaq tövsiyə olunub.



Әlaqәli Xәbәrlәr