Tripoliyә ağır zәrbәlәr endirilib, xәsarәt alanlar var

Liviyada Milli Hәmrәylik Hökumətinə sadiq qüvvələr  Birləşmiş Ərəb Əmirliklərinə mәxsus pilotsuz uçan aparatların paytaxt Tripolidəki bir yaşayış mәntәqәsinә  təşkil etdiyi hücum nәticәsindә  eyni ailədən bir neçə nəfərin ağır yaralandığını bildirib.

1273948

Liviya Milli Hәmrәylik Hökumәtinin hәyata keçirdiyi ‘‘Burkan әl-Qadab’’ әmәliyyatının rәsmi ‘‘Facebook’’ sәhifәsindәn verilәn açıqlamaya görə, Birləşmiş Ərəb Əmirliklərinə mәxsus pilotsuz uçan aparatları Tripolidәki Әl-Hadabe bölgәsinә hücum tәşkil edib.

Açıqlamada  hücum nәticәsindә  eyni ailədən bir neçə nəfərin ağır yaralandığı, yaralananların xəstəxanaya yerlәşdirildiyi  vurğulanıb. Xәsarәt alanlar ilә bağlı әtraflı mәlumat verilmәyib.

Hücuma görә mәsuliyyәti ölkәnin şәrqindәki qüvvәlәrin lideri Xәlifә Hafter öz üzәrinә götürüb.

Qeyd edək ki, Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Hafter paytaxt Tripolini ələ keçirmək üçün aprelin 4-də hücum üçün göstəriş vermişdi. Bunun qarşısında beynəlxalq miqyasda legitimliyi olan Milli Həmrəylik Hökumətinə tabe qüvvələr də qarşı əməliyyat başlatmışdı.

Ümumdünya Sәhiyyә Tәşkilatının mәlumatına әsasәn, Tripoli әtrafında 4 aprel-15 iyul tarixlәri arasında hәyata keçirilәn hücumlar nәticәsindә 1093 nәfәr hәlak olub, 5 min 700-dәn çox adam da yaralanıb.

Әlaqәli Xәbәrlәr