Tillerson: “Netanyahu Trampa səhv məlumatlar verdi”

İsrail Baş naziri Binyamin Netanyahu Trampa dəfələrlə səhv və məsnədsiz məlumatlar verib. Bunu ABŞ Prezidenti Donald Tramp-ın ilk dövlət katibi Rex Tillerson deyib.

1273019
Tillerson: “Netanyahu Trampa səhv məlumatlar verdi”

Harvard Universitetində bir konfransda etdiyi çıxışında Netanyahunun "çox bacarıqlı bir siyasətçi olduğuna, məqsədə nail ola bilmək uğrunda hər cür vasitədən istifadə edə biləcəyinə diqqət çəkən  Tillerson: “Onun  bəzi məsələlərdə Trampı qane etmək üçün gerçək olmayan məlumatlara müraciəti, belə   bir xarekterə  sahib  olduğunun  ən  bariz  nümunəsidir. O, Fələstin mövzusunda da gerçək olmayan məlumatların  arxasına  sığınır. Fələstin probleminin həllində mükəmməl olmasa belə yenə də məqbul bir nöqtəyə çatıla bilər. Ancaq  mənim vəzifədə olduğum  dövrdə  Netanyahunun izlədiyi  siyasət  və məsnədsiz məlumatları səbəbindən mümkün olmadı. Fələstin məsələsinə iki dövlətli həll yolu tapılmalıdır. Buna Ərəb ölkələrinin təziyiqi nəticəsində nail olmaq mümkündür”-deyə ABŞ-ın sabiq dövlət katibi vurğulayıb.

Qeyd edək ki, Tramp vəzifəyə başladığı ilk gündən tutmuş Netanyahu hökumətinə güclü dəstək verdi. Qüdsü İsrailin paytaxtı elan etdi. Amerikanın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürdü. İsrailin Qolan təpələri üzərindəki suverenliyini rəsmiyyətə tanıdı.



Әlaqәli Xәbәrlәr