Donald Tramp və Boris Conson arasında telefon danışığı oldu

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Boris Conson Səudiyyə Ərəbistanında “Aramco”nun obyektlərinə edilən hücumları müzakirə etdilər.

1272520
Donald Tramp və Boris Conson arasında telefon danışığı oldu

 

Bu gün Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı oldu.

Məlumatı Böyük Britaniyanın Nazirlər Kabinetinin ofisi yaydı.

Məlumata görə, liderlər şənbə günü Səudiyyə Ərəbistanındakı “Aramco “neft obyektlərinə edilən hücumları müzakirə ediblər.

Hücumları qınayan Conson və Tramp beynəlxalq tərəfdaşların mövzuya birgə diplomatik reaksiya verməsinin zəruri olduğunu vurğulayıblar.

Telefon danışığında İran mövzusuna da toxunulub, liderlər bu ölkənin nüvə silahı əldə etməyə icazə verilməməsi mövzusunda fikir birliyi nümayiş etdiriblər.



Әlaqәli Xәbәrlәr