İspaniyada parlament ləğv edilir

28 Apreldə İspaniyada parlamentə keçirilən seçkilərdən sonra yeni hökumətin formalaşdırılmasına dair problemlərin yaranması səbəbinə görə 10 Noyabrda yenidən seçki keçirilməsi qərarına gəlindi.

1271539
İspaniyada parlament ləğv edilir

İspaniya kralı Felipe, Baş nazir və Sosialist İşçi Partiyasının rəhbəri Pedro Sançesin 25 iyulda parlamentin etimad səslərini ala bilməməsi səbəbindən siyasi partiyaların liderləri ilə ikinci dəfə bir araya gəlib. Kral iki gün davam edən danışıqlardan sonra mövcud parlamentin yeni hökuməti formalaşdıracaq quruluşa sahib olmadığını ifadə edərək kabineti yaradmaq vəzifəsini heç kimə tapşırmadı.

Qeyd edək ki, İspaniyadakı mövcud siyasi təqvimə görə, yeni kabinet 23 sentyabra dək yaradılmalıdır. Əks təqdirdə 24 sentyabrda Kral parlamenti ləğv etməli və 10 Noyabr tarixində növbədən kənar seçkilər keçirilməlidir.



Әlaqәli Xәbәrlәr