Sudanda "Türk kəndləri" salınacaq

Tarixinin ən ciddi sel fəlakəti ilə qarşı-qarşıya qalan Sudana İslam Dünyası Qeyri-hökumət Təşkilatları Birliyi (İDQTB) Humanitar Yardım Platformasının üzvlərinə köməklik göstərəcək.

1271217
Sudanda "Türk kəndləri" salınacaq

Tarixinin ən ciddi sel fəlakəti ilə qarşı-qarşıya qalan Sudana İslam Dünyası Qeyri-hökumət Təşkilatları Birliyi (İDQTB) Humanitar Yardım Platformasının üzvlərinə köməklik göstərəcək.

İDQTB-nin çağırışı ilə bir araya gələn 20-dən çox qeyri-hökumət təşkilatı (QHT) Sudana köməklik göstərmək üçün birgə yardım kampaniyası başlatdı.

İDQTB Humanitar Yardım Platformasına üzv təşkilatlar Türkiyə Qızıl Aypara Cəmiyyətinin ev sahibliyi etdiyi "Sudan yaralarını birlikdə sağaldaq" şüarı ilə bir araya gəldi.

İDQTB Humanitar Yardım Platformasının baş katibi Əli Kurt iclasdakı çıxışında QHT nümayəndələrinin fəlakət bölgəsinə getdiyini və Müvəqqəti Hökümət Yardım Bürosu və yerli QHT-lərlə görüş keçirdiklərini və araşdırmalar apardıqlarını söylədi.

Kurt 16 ştatda sel fəlakətinin təxminən 41 min evi dağıtdığını və 350 mindən çox insanın fəlakətə məruz qaldığını söylədi.

Kurt "Sudanlı qardaşların ən çox təsirlənən bölgələrində yerli memarlığa uyğun olaraq "Türk Kəndləri" qurmağı planlaşdırırıq. Yerli ya da ölkəmizdən təcili qida və təmizlik materialına ehtiyacı olanlara verməyi məqsəd götürmüşük" dedi.



Әlaqәli Xәbәrlәr