İsrail xalqı parlament seçkiləri üçün ikinci dəfə seçki məntəqələrinə üz tutdu

İsrail xalqı baş nazir Binyamin Netanyahunun siyasi karyerası və Fələstinin gələcəyi baxımından böyük əhəmiyyət kəsb edən parlament seçkilərində səs verməyə başladı.

1270766

  Ölkədəki 6 milyon 394 mindən çox seçici 120 yerlik parlamentə seçiləcək deputatları müəyyən etmək üçün bu il ikinci dəfə seçki məntəqələrinə üz tutur.

 Xəstəxana və həbsxanalardan başqa digər seçki məntəqələrində səsvermə  yerli saatla səhər 07.00-da başlayıb axşam 22.00-da başa çatacaq.

 Son illərdəki ən mübahisəli seçkilərdən biri olacağı qeyd edilən seçkilərdə 29 partiya parlamentdəki yerlər uğrunda mübarizə aparacaq.

 Seçkinin taleyini həll edəcək olan qərarsız və İsrail vətəndaşı olan fələstinli seçicilərin səsvermədə iştirak edib-etməyəcəyi maraq mövzusudur.

Qeyd edək ki,  2015-ci ildə keçirilən seçkilərdə seçici fəallığı 71,8 % olmuşdu. Bu il aprelin 9-da keçirilən seçkilərdə isə bu rəqəm 68,4%-də qaldı.

 İsrail mətbuatında əks olunan sosial proqnozlara görə, seçkilərdədə mübarizənin  Netanyahunun liderliyindkiə Likud Partiyası ilə İsrail Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Benny Gantzın rəhbərliyindəki Mavi-Ağ İttifaqı arasında olacağı ehtimal edilir.

Әlaqәli Xәbәrlәr