ABŞ Senatı Uyğur Türklərilə əlaqədar qanun layihəsini qəbul etdi

ABŞ Senatı Çinin Uyğur Türklərinə qarşı tətbiq etdiyi tətibləri barədə ətraflı bir hesabat hazırlamaq haqqında qanun layihəsini təsdiqlədi.

1268964
ABŞ Senatı Uyğur Türklərilə əlaqədar qanun layihəsini qəbul etdi

ABŞ Senatı Çinin Uyğur Türklərinə qarşı tətbiq etdiyi tətibləri barədə ətraflı bir hesabat hazırlamaq haqqında qanun layihəsini təsdiqlədi.

Senat Demokrat senator Bob Menendez və Respublikaçı senator Marko Rubio tərəfindən təqdim olunan “Uyğur İnsan Haqları Siyasəti Qanunu” adlı qanun layihəsini qəbul etdi.

Buna görə, ABŞ-ın müvafiq qurumlarından, "Çin hökumətinin Sincan Uyğur Muxtar Bölgəsindəki təzyiqi" və " təxminən 1 milyon Uyğur Türkünün düşərgələrdə yerləşdirilməsi" mövzusunda əhatəli bir hesabat hazırlamaları tələb edildi.

Digər tərəfdən, qanun layihəsində ABŞ-da yaşayıb Çinin tətbiq etdiyi təzyiqlərə qarşı etiraz edən uyğurların Sincandakı ailələrinə edilən təhdid və oğurlama hərəkətlərinin də araşdırılması istəndi.

Son illərdə Çində uyğur türklərinin yaşadığı Sincan Uyğur Muxtar Bölgəsindəki təhsil mərkəzi adı altında fəaliyyət göstərən düşərgələr və uyğurların şəxsiyyəti və mədəniyyətinin pozulması beynəlxalq ictimaiyyət tərəfindən tənqid olunur.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasına üzv 22 dövlət 11 iyulda Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki Uyğur Türklərinə və digər azlıqlara qarşı münasibətini tənqid edən və kütləvi həbslərin qarşısının alınmasına çağıran məktub imzalamışdı.

İnsan Hüquqları Müşahidə Təşkilatının (HRW) hesabatında Sincan Uyğur Muxtar Bölgəsində son 2 ildə çox sayda "polis tədbirləri" adı altında günahsız yerə saxlanıldığı və siyasi baxımdan təhlükəli hesab edilən şəxslərin heç bir məhkəmə qərarı olmadan düşərgələrə göndərildiyi ifadə edilmişdi.



Әlaqәli Xәbәrlәr