İsrailə məxsus döyüş təyyarələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirib

İsrailə məxsus döyüş təyyarələri ölkə ərazisinə atılmış raket zərbələrinə cavab olaraq Qəzza zolağında HƏMAS-ın bir neçə hərbi obyektinə zərbələr endirib.

1267835

İsrail ordusunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, bir gün əvvəl İsrailə Qəzza zolağından raketlər atılıb. Buna cavab olaraq bir qədər əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcıları və pilotsuz təyyarələri HƏMAS-ın Qəzza zolağının şimalındakı bir neçə obyektinə zərbələr endirib. İsrail ordusu ölkə vətəndaşlarına zərər vurma cəhdlərinin qarşısını almağa davam edəcək və Qəzza zolağında baş verən bütün hadisələrə görə HƏMAS məsuliyyət daşıyır.

Daha əvvəl Qəzza zolağından atılan atılan raketlər səbəbirdən İsrailin cənubunda xəbərdarlıq üçün siqnal verilmişdi.

Әlaqәli Xәbәrlәr