Aİ Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay da uzatdı

Avropa İttifaqı Ukraynadakı sabitliyi pozduğunu səbəb göstərərək Rusiyaya tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin müddətini 6 ay da uzatmaq qərarına gəldi.

1268404
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay da uzatdı

Avropa İttifaqı Ukraynadakı sabitliyi pozduğunu səbəb göstərərək Rusiyaya tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin müddətini 6 ay da uzatmaq qərarına gəldi.
 
 Avropa Şurası bu barədə yazılı açıqlama verərək, Rusiyanın Ukraynanın ərazi bütövlüyünü, suverenliyini, azadlığını təhdid etməsi səbəbindən ittifaqın tətbiq etməkdə olduğu məhdudlaşdırıcı tədbirlərin 15 mart 2020-ci il tarixinə qədər uzadılması barədə qərar qəbul edildiyini bildirdi.
 
 Sanksiyalara əsasən, əmlakı dondurulan və səyahət qadağası tətbiq olunan insanların sayı 170-ə, şirkətlərin sayı isə 44-ə çıxdı.
 
 Aİ-nin digər sanksiyalarına görə, 28 üzv ölkə Rusiyaya silah sata bilmir, Rusiyanın neft və qaz sahələrində istifadə olunan bəzi texnologiyaları Aİ ölkələrindən alması məhdudlaşdırır. Eyni zamanda, Rusiyanın dövlət bankları Avropada maliyyə sektorundan xaric olunur. Xüsusilə, ticarət və investisiyalara qarşı məhdudiyyətləri əhatə edən sanksiyalar hər 6 ayda bir uzadılır.
 
Xatırladaq ki, Rusiya 2014-cü ilin martında Krım Muxtar Respublikasını və Sevastopol şəhərini qeyri-qanuni olaraq ilhaq edib. Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqində baş verən hadisələrdən sonra Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və bəzi ölkələr Rusiyaya iqtisadi sanksiya tətbiq etməyə başlayıb
 
 Avropa İttifaqı Rusiyaya iqtisadi sanksiyanın tətbiqi ilə bağlı qərarını ilk dəfə  2014-ci ildə qəbul edib.



Әlaqәli Xәbәrlәr