İslam Əməkdaşlıq Təşkilatı növbədənkənar yığıncaq keçirəcək

İƏT-dən verilən açıqlamada Netanyahunun İordan çayının qərb sahilində yerləşən İordan vadisinin “ilhaq ediləcəyi” barədəki ifadələrə reaksiya göstərildi.

1267711
İslam Əməkdaşlıq Təşkilatı növbədənkənar yığıncaq keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsrailin baş naziri Binyamin Netanyahunun işğal altındakı İordan çayının qərb sahilində yerləşən İordan vadisinin ABŞ rəhbərliyilə koordinasiyalı şəkildə “ilhaq ediləcəyi” ilə bağlı açıqlamasını müzakirə etmək üçün növbədənkənar yığıncaq keçirəcək.

İƏT-dən verilən açıqlamada Netanyahunun İordan çayının qərb sahilində yerləşən İordan vadisinin “ilhaq ediləcəyi” barədəki ifadələrə reaksiya göstərilib.

Açıqlamada bu təşəbbüsün Fələstin xalqının haqlarına yenidən və təhlükəli hücum xüsusiyyətində olduğu qeyd edilib.

Açıqlamada İƏT baş katibi Yusif əl-Useymin də ifadələri yer alıb. O da “hansı tarixdə kəçiriləcəyini” bildirmədən mövzunun müzakirə edilməsi üçün İƏT-nin xarici işlər nazirləri səviyyəsində fövqəladə yığıncaq keçirəcəyini bildirib.  

“Yığıncaqda bu düşməncəsinə yanaşmaya qarşı təcili siyasi və hüquqi həmlələr  müzakirə olunacaq” ifadələrini işlədən Useymin Netanyahunun hüquqsuz açıqlamalarının əks-sədalarından İsrail hökumətinin məsul olduğunu vurğulayıb.

Qeyd edək ki, Netanyahu 17 sentyabrda keçiriləcək növbədənkənar seçkidən əvvəl təşkil etdiyi mətbuat kofransında yenidən seçiləcəyi təqdirdə “qısa müddət ərzində” İordan çayının qərb sahilində yerləşən İordan vadisinin ABŞ rəhbərliyilə koordinasiyalı şəkildə İsrailə ilhaq edəcəyini” dilə gətirmişdi.



Әlaqәli Xәbәrlәr