Kremlin sözçüsü: "Vahid Rusiya" partiyası olduqca uğurludur"

Rusiya Federasiyasında həftə sonu keçirilən yerli seçkilərdə verilən səslərin sayımı əsasən başa çatıb.

1266540
Kremlin sözçüsü: "Vahid Rusiya" partiyası olduqca uğurludur"

Rusiya Federasiyasında həftə sonu keçirilən yerli seçkilərdə verilən səslərin sayımı əsasən başa çatıb.
 
 Ölkənin 85 regionunda keçirilən 5 min müxtəlif səviyyədəki yerli seçkilərdə xalq 16 regionda qubernator, 22  regionda şəhər dumasını, 13 qanunverici məclisi, 3 bələdiyyə sədrini seçmək üçün seçki məntəqələrinə getdi.
 
Səsvermənin ilkin nəticələri Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən hər regiona görə açıqlandı.
 
 Başda Sankt-Peterburq, Saxalinsk, Başqırdıstan olmaqla, ölkə miqyasında 16 fərqli regionda mövcud qubernatorlar, və ya mərkəzi hakimiyyət tərəfindən təyin olunan və Rusiya prezidenti Vladimir Putinin "Vahid Rusiya" partiyasının namizədləri qalib gəldi.
 
 Digər regionlarda keçirilən yerli seçkilərin qalibi də iqtidardakı "Vahid Rusiya" partiyası oldu.
 
Bitərəf namizədlərin qeydiyyatının ləğv edilməsi səbəbindən günlərdir paytaxt Moskva küçələrində müxaliflərin etiraz aksiyasının ünvanı olan Moskava Şəhər Dumasında bütün seçki bülletenləri açıldı.
 
 Beş il əvvəlki seçkilərdə 21,04 faiz seçici fəallığının müşahidə olunduğu Moskava Şəhər Dumasında bu seçkilərdə də iştirak nisbəti çox dəyişməydi, 21,77 faiz oldu.
 
İlkin nəticələrə görə, şəhər dumasındakı 45 yerin 25-ni prezidenti Vladimir Putinin "Vahid Rusiya" partiyasının dəstəklədiyi bitərəf namizədlər qazanaraq əksəriyyət əldə ediblər. Biri bitərəf olmaqla, cəmi 20 nəfər isə müxalifət namizədi seçilib.
 
Qeyd edək ki, əvvəlki seçkilərdə "Vahid Rusiya" partiyası Moskva Şəhər Dumasında 28 yer qazanmışdı.
 
Kremlin sözçüsü Dmitri Peskov seçkilərdə "Vahid Rusiya" partiyasının  ölkə miqyasında lider olduğunu bildirərək: "Bütövlükdə qiymətləndirdikdə, "Vahid Rusiya" partiyası olduqca uğurludur" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr