Fələstinlilərin işğal altındakı İordan çayının qərb sahilində keçirdikləri etiraz aksiyası

Fələstinlilər işğal altındakı Yordan çayının qərb sahilinin Beytullahim şəhərində qeyri-qanuni yerləşdirilən yəhudi sakinlərin müsadirə edilən ərazilərdən çıxması tələbilə yürüş keçiriblər.

1265696
Fələstinlilərin işğal altındakı İordan çayının qərb sahilində keçirdikləri etiraz aksiyası

Fələstinlilər işğal altındakı İordan çayının qərb sahilinin Beytullahim şəhərində qeyri-qanuni yerləşdirilən yəhudi sakinlərin müsadirə edilən ərazilərdən çıxması tələbilə yürüş keçiriblər.

Əl-Mahrur bölgəsində İsrailin yəhudi sakinlər üçün müsadirə etdiyi ərazilərə yürüş edən fələstinlilər yaşayış yerlərini və ərazilərinin müsadirə edilməsinə öz etirazlarını bildiriblər.

Fələstinli aktivist Munzir Amira yaşayış yerlərinin genişlədilməsi məqsədilə ərazilərinin müsadirə edilməsinə etirazlarını dilə gətirdiklərini söyləyib.

Yürüşün yəhudi sakinlərin Fələstin torpaqlarından çıxarılması üçün keçirilən etiraz aksiyaları çərçivəsində olduğunu ifadə edən Amira fələstinli əkinçilərə də yalnız olmadıqları mesajını vermək istədiklərini dilə gətirib.

Netanyahunun baş nazirliyindəki İsrail hökuməti son dövrdə işgal altındakı İordan çayının şərq sahili və Şərqi Qüdsdə yəhudi yaşayış yerlərinin tikinti işlərinə sürət qazandırıb.

Keçən həftə İordan çayının şimal-qərbindəki qeyri-qanuni yaşayış yeri Elkanada məktəblərdən birində keçirilən mərasumda iştirak edən Netanyahu yaxınlaşan növbədənkənar seçkilərdən əvvəl işğal altındakı İordan çayının qərb sahilindəki Yəhudi yaşayış yerlərini “İsrailə ilhaq” etmə vədini bir daha dilə gətirmişdi.

İsrailin 1967-ci ildə işğal etdiyi Yordan çayının qərb sahilində 250-yə yaxın qeyri-qanuni yaşayış məntəqəsi var və buralarda 400 mindən artıq yəhudi sakin yaşayır.



Әlaqәli Xәbәrlәr