Beynəlxalq ekoloji təşkilati Almaniyaya silah satışı mövzusunda çağırış edib

Beynəlxalq ekoloji təşkilati “Greenpeace” Almaniyaya çağırış edib ki, Səudiyyə Ərəbistanına silah ixracını dayandıran qərarın qüvvədə qalma müddətini yenidən uzadılsın.

1266179
Beynəlxalq ekoloji təşkilati Almaniyaya silah satışı mövzusunda çağırış edib

Greenpeace üzvləri Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin qarşısında  Yəməndəki müharibədə iştirak edən ölkələrə silah satışına etiraz  məqsədiylə   aksiya  keçiriblər. 

Nazirliyin qarşısına 3  ədəd  təmsili   raket  yerləşdirən  nümayişçilər Almaniyanın İqtisadiyyat və Enerji naziri Peter Altmaieri-ə  çağırış  ediblər ki,  Yəmənə  qarşı   istifadə  edilən  silahların ixracının   qarşı   alınsın.  Greenpeace   üzvü   tərksilah üzrə mütəxəss Alexander Lurz 30 sentyabrda Almaniyanın Səudiyyə Ərəbistanına silah embarqosunun son  çatacağını xatırladaraq: “ Bizə  görə qərarın  qüvvədə  qalacağı  müddət    uzadılmalıdır  və  Yəməndəki müharibədə iştirak edən ölkələrə də  şamil olmalıdı.  Bunun   üçün  topladığımız  10.000  qədər   imzanı  isə  İqtisadiyyat və Energetika Nazirliyinə təslim edəcəyik”-deyə  Lurz vurğulayıb.

Lurzun sözlərinə görə Alman xalqının 81%-i  Yəməndə müharibəyə  qatılan  ölkələrə silah satılmamasını   istəyir. 

Qeyd  edək  ki Alman hökuməti, Səudiyyə Ərəbistanı jurnalisti Camal Qaşıqçının öldürülməsi səbəbiylə keçən ilin noyabr ayında bu ölkəyə silah ixracını dayandırdı.

Digər tərəfdən, hakim Xristian Birliyi partiyasıyla Sosial Demokrat Partiyası arasındakı koalisiya protokolunda "Yəməndəki müharibədə iştirak edənlərə   silah satışına icazə verilməyəcək”  maddəsi əlavə edilmişdi.  



Әlaqәli Xәbәrlәr