Tramp: "Sizinləyik, Tanrı sizi qorusun"

"Dorian" qasırğası ABŞ-ın şimalına doğru irəlilədiyi bir zamanda ABŞ prezidenti Donald Tramp rəsmi "Twitter" hesabından qasırğaya dair bir video ismarış bölüşdü.

1265118
Tramp: "Sizinləyik, Tanrı sizi qorusun"

"Dorian" qasırğası ABŞ-ın şimalına doğru irəlilədiyi bir zamanda ABŞ prezidenti Donald Tramp rəsmi "Twitter" hesabından qasırğaya dair bir video ismarış bölüşdü.
 
 Baham adalarının baş naziri Hubert Minnis ilə ötən gün telefonla danışdığını bildirən Tramp qasırğanın bu ölkəyə verdiyi zərərdən xəbərləri olduğunu və hər növ köməyi əsirgəməyəcəklərini vurğuladı.
 
 Donald Tramp Baham adalarına müraciətlə: "Sizinləyik, Tanrı sizi qorusun" ismarışını göndərdi.
 
  Digər tərəfdən, qasırğanın dənizə doğru irəliləməsindən sonra daha əvvəl təhlükə altında olan Şimali Karolina ştatında "Carolina Beach" bölgəsində insanlar sahilə axışdılar.
 
 Sahildə serfinqlə məşğul olan bir adam da göründü.
 
Hazırda kateqoriya 1 səviyyəsində olan "Dorian" qasırğası ABŞ-ın şərqində şimala istiqamətlənib.
 
 Xatırladaq ki, qasırğa ABŞ sahillərinə çatmazdan əvvəl  5-ci kateqoriyada Baham adalarını vurub, nəticədə 30 nəfər həlak olub.
 
 Rəsmilər yüzlərlə insanın itkin düşdüyü qasırğada ölü sayının artacağını təxmin edirlər.



Әlaqәli Xәbәrlәr