Raket hücumunun qarşısı havadan müdafiə sistemilə alındı

Səudiyyə Ərəbistanı Husilərin Nəcran vilayətinə yönəldilmiş raket hücumunun qarşısının havadan müdafiə sistemilə alındığını açıqlayıb.

1264418
Raket hücumunun qarşısı havadan müdafiə sistemilə alındı

Səudiyyə Ərəbistanı Husilərin Nəcran vilayətinə yönəldilmiş raket hücumunun qarşısının havadan müdafiə sistemilə alındığını açıqlayıb.

Səudiyyə Ərəbistanı başçılığındakı Ərəb koalisiyası sözçüsü Turki əl-Maliki “Al Arabiya” telekanalına verdiyi açıqlamada Yəmənin Sada vilayətindən göndərilən ballistik rakətin Yəmən hava məkanı daxilində düşürüldüyünü bildirdi.

Maliki “Səudiyyə Ərəbistanı Hava Müdafiə Qüvvələri Husi partizanların Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcrana yönəldilmiş raketi havada məhv etdi” dedi.

Husilərin hərbi sözçüsü Yahya Seri daha əvvəl verdiyi açıqlamada Kral Halid hava bazasını hədəf aldıqlarını ifadə etmişdi.

Seri Nəcraı ballistik Bedir-1 raketləri və Kasıf-2K növ silahlı pilotsuz uçuş aparatlarını (PUA) vurduqlarını qeyd etmişdi.

Uzun müddətdir siyasi sabitsizliyin hakim olduğu Yəməndə İranın dəstəklədiyi Husilər ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyini götürən hökumətə bağlı qüvvələr arasında atışmalar davam edir.

Yəməndəki Husilər son zamanlarda ümumilikdə Səudiyyə Ərəbistanı hava müdafiə sistemi tərəfindən məhv edilən ballistik raketlərlə yanaşı PUA-lardan da istifadə edərək, ölkənin cənub bölgələrini hədəf alır.



Әlaqәli Xәbәrlәr