Baham adalarında 70 min insanın ərzaq və içməli suya ehtiyacı var

“Dorian” qasırğasının böyük zərər verdiyi Baham adalarında 70 min insanın ərzaq və içməli suya ehtiyacı olduğu  bildirildi.

1263906
Baham adalarında 70 min insanın ərzaq və içməli suya ehtiyacı var

“Dorian” qasırğasının böyük zərər verdiyi Baham adalarına  səfər edən BMT baş katibinin  humanitar işlər üzrə müavini Mark Loukok (Mark Lowcock) jurnalistlərə telekonfrans vasitəsilə qasırğanın səbəb olduğu böyük təxribat haqqında məlumat verdi.

 Loukok “Dorian” qasırğasının bu ana qədər Baham adalarının məruz qaldığı ən böyük qasırğa olduğuna və bölgənin daha əvvəl bu səviyyədə bir təbii fəlakətlə üzləşmədiyinə diqqət çəkərək: "70 min nəfərin ərzaq və  içməli su kimi təcili humanitar yardıma ehtiyacı var" dedi.

 Baham adalarının səhiyyə naziri Duane Sands da fəlakətlə bağlı açıqlama verdi, qasırğa səbəbindən 7 olaraq bildirilən ölü sayının 20-yə çıxdığını və bu sayın daha da artmasına görə narahat olduqlarını söylədi.

Ölkənin  baş naziri Hubert Minnis Marş limanı ətrafındakı tikililərin 60 faizinə zərər dəydiyini qeyd etdi.

 Kateqoriya 2 səviyyəsinə geriləyən və Amerika Birləşmiş Ştatlarının şərqinə doğru irəliləyən "Dorian" qasırğanın Florida və Corciya ştatlarına çatması və Cənubi və Şimali Karolina da təsirli olması gözlənilir.

 ABŞ Milli Qasırğa Mərkəzi gücü azalan "Dorian" qasırğasının hələ də təhlükəli olduğu və  sürəti  saatda 177 kilometrə qədər azalsa da, sel və su basqınlarına səbəb ola biləcəyi barədə xəbərdarlıq etdi.

 



Әlaqәli Xәbәrlәr