Rusiyanın BMT-dəki daimi nümayəndəsi: "Əfqanıstan məsələsinin sülh yolu ilə həllini istəyirik"

Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya Amerika Birləşmiş Ştatları ilə Taliban arasındakı sülh danışıqlarına dair: "Əfqanıstan məsələsinin sülh yolu ilə həllini istəyirik. Bir razılıq əldə edilsə, dəstəkləyəcəyik" de

1263481
Rusiyanın BMT-dəki daimi nümayəndəsi: "Əfqanıstan məsələsinin sülh yolu ilə həllini istəyirik"


 BMT Təhlükəsizlik Şurasının sentyabr ayı üçün dönm sədrliyini təhvil alan Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya keçirdiyi mətbuat konfransında Amerika Birləşmiş Ştatları ilə Əfqanıstan məsələsi ilə bağlı məsləhətləşmələr apardıqlarını söylədi.
 
 Əfqanıstanın digər ölkələrdən gedən "terrorçu axını" ilə üzləşdiyinə diqqət çəkən Nebenzya: "Bizim Əfqanıstanda bir gündəliyimiz yoxdur. Əfqanıstan məsələsinin bu ölkənin liderliyi ilə sülh yolu ilə həll edilməsini istəyirik. Bir razılıq əldə edilsə, dəstəkləyəcəyik" dedi.
 
 Xatırladaq ki, Əfqanıstan prezidenti Əşrəf Qəninin rəhbərlik etdiyi hökumətə böyük təhdid olan Taliban təşkilatı hazırda ölkənin bir çox bölgəsində hakimiyyətini qoruyub saxlayır.
 
 



Әlaqәli Xәbәrlәr