Kabildә  törәdilәn terror aktına görә mәsuliyyәti Taliban öz üzәrinә götürdü

Əfqanıstanın paytaxtı Kabildə dünən törәdilәn terror aktı nәticәsindә  16 nəfər hәlak olub, 119 nəfər dә yaralanıb.

1262668
Kabildә  törәdilәn terror aktına görә mәsuliyyәti Taliban öz üzәrinә götürdü

 

Əfqanıstanın paytaxtı Kabildə dünən törәdilәn terror aktı nәticәsindә  16 nəfər hәlak olub, 119 nəfər dә yaralanıb.

Әfqanıstan daxili işlər naziri Nasrat Rәhimi verdiyi açıqlamada terror aktının minalanmış avtomobil ilә yaşayış mәntәqәlәrinin yaxınlığında törәdildiyini vә çox sayda binaya ciddi zәrәr dәydiyini deyib.

Yerli vaxtla  saat 21.45-dә  (Türkiyə vaxtı ilә  saatı 20.15-dә) törәdilәn hücumun hәdәfindә  bəzi beynəlxalq təşkilatlar və mehmanxanaların yerləşdiyi Green Village bölgәsinin  olduğunu ifadə edən Rəhimi hücum nәticәsindә hәlak olanların sayının 16-ya  yüksәldiyini söylәyib.

Nasrat Rəhimi  həlak olan və yaralıların әksәriyyәtinin mülki vәtәndaş olduqlarını deyib.

Bölgədə hücum törәtmәyә hazırlaşan  5 terrorçunun zərərsizləşdirildiyini dilə gətirən Rəhimi  Green Village bölgәsindә yaşayan   400 əcnəbinin dә xilas  edildiyini bildirib.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn Taliban qruplaşması hücumun hәdәfindә xarici qüvvәlәrin olduğunu açıqlayıb.

Amerika Birləşmiş Ştatlarının  Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Halilzad  hücumdan әvvәl  Taliban ilə keçirilən son sülh görüşündə razılığa gəldiklərini bildirmişdi.

Halilzad  Əfqanıstanın xüsusi bir televiziya kanalına verdiyi müsahibədə Taliban ilə razılaq әldә etdiklәrini  və razılaşma  mətnini Amerika Birlәşmiş Ştatları prezidenti Donald Trampa tәqdim edәcәklәrini qeyd etmişdi.

Razılaşma  çərçivəsində ABŞ 135 gün ərzində Əfqanıstandakı 5 hәrbi bazada  olan 14 min əsgərindən 5 minini ölkәdәn çıxarmalıdır.



Әlaqәli Xәbәrlәr