"Cammu Kəşmir hazırda dünyanın ən böyük açıq hava həbsxanasıdır"

Bunu Pakistanın nəzarətində olan Azad Kəşmirin baş naziri Raja Faruk Heydər Xan Anadolu Xəbər Agentliyinə verdiyi müsahibədə bildirdi.

1263014
"Cammu Kəşmir hazırda dünyanın ən böyük açıq hava həbsxanasıdır"

Pakistanın nəzarətində olan Azad Kəşmirin baş naziri Raja Faruk Heydər Xan Hindistanın Cammu Kəşmirin xüsusi statusunu ləğv etməsindən sonra bölgənin "dünyanın ən böyük açıq hava həbsxanasına" çevrildiyini bildirdi.
 
 Xan Anadolu Xəbər Agentliyinə verdiyi müsahibədə Cammu Kəşmirin xüsusi statusunun ləğvindən əvvəl də bölgədəki vəziyyətin ağır olduğunu qeyd edərək: "Lakin indi pisdən ən pisə doğru gedilir. Cammu Kəşmir hazırda dünyanın ən böyük açıq hava həbsxanasıdır" deyə danışdı.
 
 Hindistanın Cammu Kəşmirin xüsusi statusunun ləğv etdikdən sonra başladığı küçəyə çıxma qadağası, telefon xətləri və internetin kəsilməsi kimi tədbirlər səbəbindən həyatın dayandığını söyləyən Xan: " 29 gündür dərman və ərzaq məhsulları ilə bağlı çətinliklər var. Məhdudiyyətlər səbəbindən Cammu Kəşmir sanki daş dövrünə qayıdıb" ifadələrini işlətdi.
 
Baş nazir son dövrdə Cammu Kəşmirdə 4 -6 min gəncin yaxalanıb Hindistan həbsxanalarına göndərildiyinə diqqət çəkdi, bu insanların yaxınlarının onlardan xəbər almadığını qeyd etdi.
 
 "Kəşmirdə insan haqları ciddi şəkildə pozulur " deyən Xan bunu insanlığa qarşı cinayət kimi səciyyələndirdi.
 
 Xan sərhədin Pakistana bağlı olan Azad Kəşmir bölgəsinin Hindistan tərəfindən mütəmadi olaraq bombalandığını bildirərək: "Hindistan snayperləri xüsusilə mülki vətəndaşları hədəf alırlar" dedi.
 
 Beynəlxalq ictimaiyyətin Kəşmirdə baş verən qətliamın fərqində olduğunu vurğulayan baş nazir Xan prezident Rəcəb Tayyib Ərdoğana Kəşmir xalqına dəstəyinə görə təşəkkürlərini bildirdi.
 
Raja Faruk Heydər Xan  beynəlxalq birlikdən dəstək gözlədiklərini ifadə etdi.



Әlaqәli Xәbәrlәr