Pakistanda ballistik raket sınaqdan keçirildi

Pakistan gecə saatlarında müvəffəqiyyətli bir ballistik raket sınağını həyata keçirdiyini bildirdi.

1260762
Pakistanda ballistik raket sınaqdan keçirildi

Pakistan gecə saatlarında müvəffəqiyyətli bir ballistik raket sınağını həyata keçirdiyini bildirdi.

Ordu sözçüsü, general-mayor Asif Qafur "Twitter" hesabından verdiyi açıqlamada gecə təlimində "Qəznəvi"  adlı ballistik raketin sınağının müvəffəqiyyətə başa çatdığını qeyd etdi.

Qafur raketin 290 kilometr mənzilli  qədər müxtəlif döyüş başlıqlarını daşıya bilən ballistik raket olduğunu qeyd etdi.

Raket sınağına aid görüntülər sosial media hesabında bölüşüldü.
 

Qeyd edək ki, bu, ölkənin bu il həyata keçirdiyi üçüncü raket sınağı oldu.
 
 Yanvar ayında taktik- ballistik raket sınağı həyata keçirən Pakistan may ayında da ənənəvi və nüvə başlığı daşıya bilən 1500 kilometr mənzilli raket sınağının uğurla başa çatdığını açıqlamışdı.

 

 

 

 



Әlaqәli Xәbәrlәr