Sergey Lavrov Subrahmanyam Jaishankarla görüşüb
Rusiyanın xarici işlәr naziri Sergey Lavrov Hindistanlı hәmkarı Subrahmanyam Jaishankarla görüşüb.

Rusiyanın xarici işlәr naziri Sergey Lavrov Hindistanlı hәmkarı Subrahmanyam Jaishankarla görüşüb.
Sergey Lavrov Rusiyanın paytaxtı Moskvada baş tutan görüşdәn sonra Hindistan xarici işlər naziri Subrahmanyam Jaishankar ilə birgə mətbuat konfransında çıxış edib.
Əfqanıstan problemi məsələsində ikili standartların tətbiq olunmamasının vacibliyini vurğulayan Sergey Lavrov deyib: "Amerika Birlәşmiş Ştatları və müttəfiqləri, Birlәşmiş Millәtlәr Tәşkilatının terror siyahısındakı DEAŞ ilə bağlı ikili standartlar tətbiq edir. Qərbli tərəfdaşlarımız terror qruplaşmalarından istifadə edərək Əfqanıstan ilə bağlı geosiyasi hədəflərinə nail olmağa çalışır’’.
Sergey Lavrov Rusiyanın Əfqanıstan ordusuna təhlükəsizliyin tәmin edilmәsi üçün yardım etmәyә davam edəcəyini vurğulayıb.
Hindistan xarici işlər naziri Jaishankar da öz növbәsindә Əfqanıstanın müstəqil və stabil dövlәt olmasının vacibliyinә diqqəti çəkərək qeyd edib ki, Әfqanıstanın gәlәcәyini Әfqanıstan xalqı müәyyәn edә bilәr.