Yәmәn hökumәti Sәudiyyә Әrәbistanının dialoqla bağlı çağırışlarını alqışlayır

Yәmәn xarici işlər nazirinin müavini Məhəmməd əl-Hadrami şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada  Səudiyyə Ərəbistanının Ciddədә  dialoq görüşlərinin keçirilmәsi ilә bağlı çağırışını məmnuniyyətlə qarşıladıqlarını bildirib.

1259466
Yәmәn hökumәti Sәudiyyә Әrәbistanının dialoqla bağlı çağırışlarını alqışlayır

 

Yәmәn hökumәti  Sәudiyyә Әrәbistanının Birlәşmiş Әrәb Әmirliklәri tәrәfindәn dәstәklәnәn Cәnub Keçid Şurasının ölkәnin cәnubunda hәyata keçirdiyi hücumlarının  sona çatdırılması üçün dialoqla bağlı etdiyi çağırışları mәmnuniyyәtlә qarşıladıqlarını bildirib.

Yәmәn xarici işlər nazirinin müavini Məhəmməd əl-Hadrami şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada  Səudiyyə Ərəbistanının Ciddədә  dialoq görüşlərinin keçirilmәsi ilә bağlı çağırışını məmnuniyyətlə qarşıladıqlarını bildirib.

Hadrami Səudiyyə Ərəbistanının Yəmən xalqına və ölkәnin qanuni hökumətinə verdiyi dəstəyi alqışladıqlarını bildirib.

Səudiyyə Ərəbistanının  xarici mәsәlәlәr  üzrə dövlət naziri Adil әl-Cubeyr  dünən şәxsi ‘‘Twitter’’ sәhifәsindәn verdiyi açıqlamada  Yəməndəki daxili münaqişələrin həll edilmәsinin yeganә yolunun Ciddədә  dialoq görüşlərinin keçirilmәsi  olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr