Hindistanda ağır yol qәzası baş verib, 16 nәfәr hәlak olub

Hindistanın Üttər Pradeş ştatının Şahcahanpur şəhəri yaxınlığında magistral yolda baş verən ağır yol qəzası  nəticəsində aralarında 16 nəfər həlak olub, daha beş nəfər müxtəlif dərəcəli  xəsarətlər  alıb.

1259421

Yerli polisin məlumatına əsasən,yol kəsişməsinə yüksək sürətlə daxil olan yük avtomobili sürücünün idarəetməni itirməsi səbəbindən mikroavtobusla toqquşaraq onu yol qırağındakı xəndəyə atıb və sonra mikroavtobusun üzərinə aşıb. Qəza nəticəsində 1-i qadın və 3-ü də uşaq olmaqla 16 nəfər həlak olub, beş nəfər də ağır yaralanıb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Üttər Pradeş ştatının baş naziri Yogi Adityanat zərərçəkənlərin müalicəsini təmin etmək və öləınlərin ailələrinə təzminat ödəmək barədə müvafiq tapşırıqlar verib.

Әlaqәli Xәbәrlәr