ABŞ-İran nüvə müzakirələrinin başlama ehtimalı bəzi ölkələri narahat edir

İsrailin “Kanal 13” televiziyasında gedən xəbərə görə...

1259480
ABŞ-İran nüvə müzakirələrinin başlama ehtimalı bəzi ölkələri narahat edir

  Amerika Birləşmiş Ştatları ilə İran arasında nüvə müqaviləsilə bağlı görüşlərin yenidən başlama ehtimalı İsrail hökumətini narahat edir.

  İsrailin “Kanal 13” televiziyasında gedən xəbərə görə, ABŞ prezidenti Donald Trampın “müəyyən şərtlər alınarsa, İran prezidenti Həsən Ruhani ilə görüşə biləcəyi ehtimalı” ilə bağlı şərhi İsrail hökumətində dərin narahatlıq oyadıb.

  “Kanal 13”də adları açıqlanmayan İsrail nazir və rəsmilərinə istinadən verilən xəbərdə deyilib:

  “Rəsmi Vaşinqton və Tehran arasında nüvə müzakirələrinin yenidən başlaması ehtimalı bir neçə dəfə İsrail Təhlükəsizlik Kabinetində gündəmə gəlib.

  İsrail rəhbərliyi narahatdır ki, yaxınlarda Trampla Ruhani arasında görüş olarsa, bundan sonra ABŞ hökumətinin İran üzərindəki təzyiqi sona çata bilər.”

  Xatırladaq ki, Fransanın Biarritz şəhərində təşkil edilən G7 sammitindən sonra ölkə prezidenti Emanuel Makronla birlikdə ortaq mətbuat konfransında İran prezidenti Həsən Ruhani ilə görüş ehtimalına toxunaraq: "Şərtlər uyğun olsa, təbii ki qəbul edərəm", - demişdi. Ruhani isə öz ölkəsində Trampın dediklərinə "Sanksiyaları sona çatdırmadıqları müddət boyu İran-ABŞ əlaqələrində heç bir müsbət addım ola bilməz" cavabını vermişdi.



Әlaqәli Xәbәrlәr